Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu dərman infarkt və insult riskini azaldır

Cəmiyyət

ABŞ-da aparılan yeni araşdırma göstərib ki, 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan “tirzepatid” preparatı infarkt, insult və digər ağır ürək-damar fəsadlarının riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Cagdas.az  xəbər verir ki, nəticələr “The BMJ” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində ABŞ-da 2-ci tip şəkərli diabet, artıq çəki və mövcud ürək-damar xəstəliklərindən əziyyət çəkən 52 971 pasiyentin məlumatları təhlil edilib. Alimlər standart müalicə ilə yanaşı “tirzepatid” qəbul edən xəstələrin nəticələrini şəkərsalıcı “sitagliptin” preparatı qəbul edənlərlə müqayisə edib.

Araşdırmaya əsasən, müalicənin başlanmasından bir il sonra “tirzepatid” qəbul edənlərdə infarkt, insult və ya ölüm kimi ciddi ürək-damar hadisələrinin riski 32 faiz, infarkt riski isə 33 faiz aşağı olub. Həmçinin bu qrupda xəstəxanaya yerləşdirilməni tələb edən ağır infeksiyalar və ümumi ölüm halları da daha az qeydə alınıb.

Müəlliflərin hesablamalarına görə, təxminən 70 pasiyentə “tirzepatid” təyin edilməsi bir il ərzində bir ciddi ürək-damar hadisəsinin qarşısını almağa imkan verə bilər.

Bununla yanaşı, tədqiqatçılar qeyd ediblər ki, araşdırma müşahidə xarakteri daşıyır və səbəb-nəticə əlaqəsini tam sübut etmir. Lakin əldə olunan nəticələr göstərir ki, “tirzepatid” şəkər səviyyəsinə nəzarət və çəkinin azaldılması ilə yanaşı, yüksək ürək-damar riski olan diabet xəstələrinə əlavə fayda verə bilər./Publika.az