Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Salyan Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib. Sfera.az xəbər verir ki, onların bazasında Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb. Qeyd edilən üç qurumun onların bazasında yaradılan yeni müəssisənin nizamnaməsi təsdiq olunub. İcra başçısı Rüstəm Xəlilovun müvafiq sərəncamına əsasən, MMC-nin rəisi vəzifəsinə Etibar Axundov təyin edilib. E.Axundov 2020-ci ilin parlament seçkiləri zamanı 60 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd olub./iqtisadiyyat.az

Cəmiyyət

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40,4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir.

Cagdas.az xəbər veriri ki  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 15 yaşdan yuxarı əhalinin 48,2 faizi artıq çəkili (BKİ 26-30), 10 faizi isə piylənmədən (BKİ 31-dən yuxarı) əziyyət çəkir. Normal bədən kütlə indeksinə malik olanların payı 40,4 faiz, normadan az çəkiyə malik şəxslərin payı isə 1,4 faiz təşkil edir.

Statistikaya əsasən, yaş artdıqca artıq çəki problemi daha da dərinləşir. Belə ki, 45-64 yaş qrupunda əhalinin 61,1 faizi artıq çəkili, 16,6 faizi isə piylənmədən əziyyət çəkir. 65 yaş və yuxarı əhali arasında isə artıq çəkililərin payı 61 faiz, piylənmədən əziyyət çəkənlərin payı 18,6 faizdir.

Azərbaycanda kişilərin 53,7 faizi artıq çəkili, 9,3 faizi piylənmədən əziyyət çəkir. Qadınlarda isə 43,2 faiz artıq çəkili, 10,7 faiz piylənmə göstəricisi qeydə alınıb.

Rəsmi statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta çəkisi 69,7 kiloqram, orta boyu isə 167,5 santimetrdir. Kişilərin orta çəkisi 73,7 kiloqram, qadınların orta çəkisi 66,1 kiloqram təşkil edir.(ölkə.az)