• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
31.7° Weather Columbus
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Paşinyan Anna ilə yenidən evlənib? – Ermənistanda hamı çaş-baş qalıb

07 Avqust, 26 / 9:44
A A

Ermənistanda Baş nazir Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyanın münasibətləri barədə mövzu yenidən gündəmə gəlib. Bir neçə ay öncə ayrılan cütlüyün barışıb-barışmadığı tam dəqiqliklə aydın deyil.

Cagdas.az  xəbər verir ki, Ermənistan mətbuatında Paşinyanla Akopyanın münasibətlərilə bağlı yeni iddialar yayılıb.

Yerli KİV cütlüyün hələ də “Instagram” sosial şəbəkəsində bir-birini izləmədiyini yazır.

Bu ilin fevralında Anna Akopyan artıq Nikol Paşinyanın həyat yoldaşı olmadığını açıqlayıb və hökumət iqamətgahını tərk etdiyini bildirib. Daha sonra onlar sosial şəbəkədə də bir-birini izləməyi dayandırıblar.

Parlament seçkiləri ərəfəsində isə Anna Akopyan yenidən hökumət iqamətgahında görünüb. Jurnalistlərin sualını cavablandıran Nikol Paşinyan isə həyat yoldaşının ailəni bərpa etmək üçün ona daha bir şans verdiyinə görə minnətdar olduğunu söyləyib.

Lakin seçkilərdən sonra Anna Akopyan ictimai tədbirlərdə Paşinyanla birlikdə görünməyib. Mətbuat yazır ki, uzun məzuniyyətə çıxan, müxtəlif səfərlər edən və ictimai yerlərdə görünən baş nazir bu müddətdə həyat yoldaşı ilə birlikdə görüntülənməyib.

Ermənistan mətbuatındakı yazıda qeyd olunur ki, Anna Akopyan bu yaxınlarda ailədaxili zorakılıq mövzusunda çıxış edərək qadınları bu halları gizlətməməyə çağırıb və qanunvericiliyin sərtləşdirilməsini təklif edib. O, həmçinin bu mövzunu gündəmə gətirdikdən sonra özünə qarşı təhdidlər hiss etdiyini bildirib.

Bununla yanaşı, Ermənistan mediası Paşinyanın son gəlir bəyannaməsində Anna Akopyanı ailə üzvü kimi göstərdiyini, lakin buna baxmayaraq onların hələ də “Instagram”da bir-birini izləmədiyini qeyd edib.

Ermənistan mediası cütlüyün münasibətlərinə dair sualların hələ də açıq qaldığını yazıb.

Bu ilin 27 fevralında Anna Akopyan Nikol Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi.

Nikol Paşinyanla Anna Akopyan tələbə yoldaşıdırlar. Onlar ilk dəfə 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alarkən qarşılaşıblar.

Anna Akopyanın Nikol Paşinyandan 3 yaş kiçikdir, o, 1978-ci il, Baş nazir isə 1975-ci il təvəllüdlüdür.

Nikolla Anna həm də iş yoldaşı olublar. 1999-cu ildə Nikol Paşinyan gündəlik “Haykakan Jamanak” (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. 2013-cü ildə baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.

2018-ci ildə Anna Akopyan “Mənim addımım” xeyriyyə fondu təsis edib.

Anna ilə Nikolun izdivacından 4 uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Nəhəng asteroid Yerə doğru yaxınlaşır

Avqust 8, 2026
Cəmiyyət

Xaricdə Təhsil Proqramında məzunları lider olan universitetlər – SİYAHI

Avqust 8, 2026
Cəmiyyət

Xocavənddə traktor minaya düşdü

Avqust 8, 2026
Cəmiyyət

Paşinyan: Sülhü dönməz etmək üçün buna son qoymalıyıq

Avqust 8, 2026
Cəmiyyət

Paşinyan: Tezliklə Zəngəzurda TRİPP layihəsinin icrasına başlanılacaq

Avqust 8, 2026
Cəmiyyət

Qida böhranı gözlənilə bilər

Avqust 8, 2026

XƏBƏR LENTİ

Nəhəng asteroid Yerə doğru yaxınlaşır

08 Avqust, 26 / 21:54

Xaricdə Təhsil Proqramında məzunları lider olan universitetlər – SİYAHI

08 Avqust, 26 / 18:33

Xocavənddə traktor minaya düşdü

08 Avqust, 26 / 18:12

Paşinyan: Sülhü dönməz etmək üçün buna son qoymalıyıq

08 Avqust, 26 / 17:49

Paşinyan: Tezliklə Zəngəzurda TRİPP layihəsinin icrasına başlanılacaq

08 Avqust, 26 / 17:29

Rusiyadan Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına CAVAB

08 Avqust, 26 / 17:09

Qida böhranı gözlənilə bilər

08 Avqust, 26 / 16:47

Azərbaycanda növbəti torpaq hərracları KEÇİRİLƏCƏK

08 Avqust, 26 / 16:26

Uşaqlar niyə məktəbə qayıtmaq istəmir? – Mütəxəssisdən valideynlərə tövsiyələr

08 Avqust, 26 / 16:08

Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün…

08 Avqust, 26 / 15:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.