Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Cəmiyyət
Bu gün ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Cagdas.az  “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 7-də paytaxtda və bəzi regionlarda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılacaq.

Bakının Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Səhhət, Aşıq Qurban, Marat Əmirxanov, İsgəndər Aznaurov, Rəşid Bağırov, Zakir Yusifov, Oqtay Vəliyev küçələrinin bir hissəsində saat 09:00-dan 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli, Maqsud Əlizadə və Xan Şuşinski küçələrində, Koroğlu Rəhimov və Aşıq Alı küçələrinin kəsişməsində yerləşən yaşayış ərazisində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə Suraxanı rayonu Hövsan qəsəbəsində saat 10:00-dan 13:00-dək İlqar Əhlimanov küçəsinin bir hissəsini əhatə edəcək.

Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir və budanma işləri ilə əlaqədar saat 09:00-dan 13:00-dək bəzi küçələrdə məhdudiyyət tətbiq ediləcək.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən