Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz – Rəsmi cavab

Cəmiyyət

“Kartdan-karta əməliyyatlarına biz hər hansı məhdudiyyət gətirmirik. Söhbət banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı baza həddinə bəlli bir məhdudiyyətlərin tətbiqindən gedir”.

Cagdas.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət yalnız mədaxil hissədəki məhdudiyyətdən (red: 5 dəfədən çox mədaxil olarsa, komissiya tutulacaq) və hər bir məhsul üzrə aylıq 20 min manat mədaxildən gedir: “Razılaşmaya əsasən, ödəniş xidməti istifadəçisinə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil edilməsi limitləşdirilib. Ödəniş aləti istifadəçisinin hər hansı bir məxaric əməliyyatına məhdudiyyət qoymuruq.

Keçmişdə olduğu kimi istənilən ödəniş alətindən istifadə etməklə tam şəkildə öz məxariclərini həyata keçirə bilərlər. Söbət yalnız mədaxil hissədə məhdudiyyətdən və  hər bir məhsul üzrə 5 və 20 min manatdan gedir. Bir hesaba bağlıdırsa, biz orada bir ödəniş alətinin ona təqdim edilməsini təklif etmişik. Eyni zamanda, bu əməliyyatların içərisinə onun öz hesabları arasında və yaxın qohumlarına mədaxillərini istisna etmişik”.(modern.az)