Yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edən “Beşiktaş” diqqətçəkən transfer addımı atıb. İstanbul təmsilçisi baş məşqçi Vinçenzo Italianonun istəyi ilə “Tottenhem”in yarımmüdafiəçisi Konor Qallaheri heyətinə qatmağa çalışır.
Cagdas.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “qara qartal” 26 yaşlı ingilis futbolçunu icarə əsasında transfer etmək üçün London klubuna rəsmi təklif göndərib. Hazırda “Tottenhem”dən cavabı gözlənilir.
Qeyd edək ki, bazar dəyəri 31 milyon avro olan Qallaher bu ilin yanvarında “Atletiko Madrid”dən 40 milyon avro qarşılığında “Tottenhem”ə keçib. O, Premyer Liqada 18 oyunda meydana çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Çelsi” akademiyasının yetirməsi olan yarımmüdafiəçinin “Tottenhem”lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.(metbuat.az)
















