Cagdas.az xəbər verir ki, bu səbəbdən nigeriyalı futbolçunun kapitan sarğısını taxmaq istəmədiyi bildirilir. “Qalatasaray”la “Renn” arasında keçirilən yoldaşlıq oyununda Əbdülkərim Bardakçı əvəzləndikdən sonra kapitan sarğısı Osimhenə verilib. Lakin hücumçu sarğını taxmaqdan imtina edərək onu Yunus Akgünə təqdim edib.
İddialara görə, tərəflər arasında yaranan problem ayrılıq ehtimalını da gündəmə gətirib. Həm “Qalatasaray”ın, həm də Osimhenin yolları ayırmağa hazır olduğu bildirilir.(metbuat.az)
















