Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Azəristiliktəchizat” istilik mövsümü ilə bağlı sakinlərə müraciət etdi

Cəmiyyət

“Azəristiliktəchizat” ASC 2026–2027-ci il istilik mövsümünə hazırlıqla əlaqədar sakinlərə müraciət edib.

Cagdas.az xəbər verir ki, qurumdan 2026–2027-ci il istilik mövsümünə hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq yoxlama (sınaq) suyu verilir və sistemin texniki vəziyyətinin yoxlanılması həyata keçirildiyi bildirilib.

“Bununla əlaqədar olaraq, istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik işlərini qısa müddətdə yekunlaşdırmağı, radiatorların, boru xətlərinin və istilik avadanlıqlarının tam hazır vəziyyətdə olmasını təmin etməyi xahiş edirik.

Vaxtında görüləcək hazırlıq işləri istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə, həmçinin mümkün qəza hallarının qarşısının alınmasına xidmət edəcək,” – deyə səhmdar cəmiyyətinin müraciətində qeyd olunub.(sfera.az)