Cagdas.az xəbər verir ki, bu barədə TASS rus hakerlərinə istinadən məlumat verib.
Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti NATO-nun kəşfiyyatında çalışan hibrid müharibə mütəxəssisi Bart de Vaxterdən Kalininqrad və Leninqrad bölgələrindəki neft terminalları haqqında məlumat alır .
“Bart de Vaxter hibrid müharibə mütəxəssisidir. O, hazırda NATO-nun Xüsusi Əməliyyat Qüvvələri (SOF) və kəşfiyyatı ilə əlaqəli HAVN (Hibrid Analiz Ayıq Şəbəkəsi) üçün çalışır”, – məlumatda deyilir.
Nəşrin məlumatına görə, ekspert Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinə Leninqrad və Kalininqrad vilayətlərindəki obyektlərin yeri barədə məlumat verir. Bundan əlavə, o, Ukrayna nümayəndələrinə mayeləşdirilmiş təbii qazın daşınması üçün istifadə olunan “Qazprom” tankeri haqqında da məlumat verir.(ölkə.az)
















