Cagdas.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzainin sözlərinə görə, bu sənəd Ər-Riyad administrasiyasına gözlənilən nəticəni verməyəcək: “Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla kağız üzərində bağlanan razılaşma onlara təhlükəsizlik gətirməyəcək”, – o qeyd edib.
Səudiyyə Ərəbistanının xarici siyasətini tənqid edərək ABŞ ilə keçmiş münasibətlərinə toxunan Rizai bunları deyib: “İllərdir birtərəfli şəkildə amerikalılara resursların yönəldilməsi və onlara sağmal inək kimi yanaşmaqla təhlükəsizlik gətirmədiyi kimi, siyasətlərinizi də düzəldin ki, başqalarından təhlükəsizlik dilənməyəsiniz”.
Qeyd edək ki, iyulun 7-də Prezident Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanan Məkkə Sazişi, hər hansı bir ölkəni hədəf almadan, yükün bölüşdürülməsinə və ortaq təhlükəsizlik anlayışına əsaslanan regional və qlobal sülhün, sabitliyin və rifahın qorunması öhdəliklərini gücləndirməyə yönəlmiş müdafiəyə yönəlmiş bir əməkdaşlıqdır.(ölkə.az)
















