Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

ABŞ diplomatından Azərbaycan və Ermənistana sülh mesajı

Cəmiyyət

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmanın birinci ildönümü ilə bağlı video müraciət yayıb.

Cagdas.az xəbər verir ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial hesablarında səhifəsində yayımlanan müraciətdə diplomat ötən bir il ərzində Azərbaycan və Ermənistan arasında sülh prosesində, eləcə də ABŞ-Azərbaycan münasibətlərində əldə olunan irəliləyişlərdən danışıb.

Karlon bildirib ki, düz bir il əvvəl – 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə keçirilən tarixi sülh sammitində qəbul edib.

“Həmin gün üç lider üç onillikdən artıq davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında davamlı sülhün təməlini qoyan sazişi parafladılar”, – deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, son bir il ərzində Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna sadiq olduqlarını nümayiş etdirib və davamlı sülhə doğru konkret addımlar atıblar.

“Avqustun 8-dən bəri Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna sadiq qalmaqda sarsılmaz öhdəlik nümayiş etdirib və davamlı sülhə doğru cəsarətli və konkret addımlar atıblar”, – Karlon vurğulayıb.

O bildirib ki, bir il ərzində vətəndaş cəmiyyəti arasında müntəzəm təmaslar və ilkin sərhədyanı ticarət əlaqələri yaranıb. Diplomat xüsusilə Ermənistanın Azərbaycandan müntəzəm yanacaq almağa başlamasını qeyd edib.
Karlon avqustun 8-də əldə olunan razılaşmaların əsas elementlərindən birinin Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu – TRIPP layihəsinin yaradılması olduğunu bildirib.(modern.az)