Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan: Sülhü dönməz etmək üçün buna son qoymalıyıq

Cəmiyyət
8 avqust 2025-ci il Vaşinqton Sülh Zirvəsinin ən böyük siyasi və sosial-psixoloji nəticəsi tariximizin sükanı yenidən öz əlimizdə olmasıdır.

Cagdas.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O daha sonra qeyd edib: “Bu, yolun mükəmməl və təhlükəsiz olması demək deyil, amma qərarlarımızın gələcək taleyimizi müəyyən edən əsas amil olduğu və bu, tarixi bir dönüş nöqtəsi olduğu anlamına gəlir. Əvvəlki dövr və parlament seçkiləri nəticələri bizi inandırır ki, biz həm dövlət, həm də xalq olaraq öz taleyimizi öz əlimizə ala bilərik”.

O əlavə edib ki, Vaşinqton Sülh Sammitinin ən vacib nəticələrindən biri, çox yaxın gələcəkdə Ermənistanın blokadasına son qoymaqla yanaşı, Ermənistan və regional iqtisadiyyatların onurğa sütununa çevriləcək, həm də Ermənistan və Azərbaycanın bir-birinə maneə kimi deyil, qapı, qonşu kimi baxmağa başlamasına kömək edəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu (TRIPP) layihəsidir: “Biz tezliklə TRIPP layihəsinin praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq tədbir olacaq”.

Paşinyan daha sonra qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatıb, sülh bərqərar olub və bunu gündəlik həyatınızda da hiss edirsiniz.

“Açıq şəkildə demək istəyirəm: sülhü dönməz etmək üçün “Dağlıq Qarabağ ermənilərinin qayıtması” kimi ritorikaya son qoymalıyıq.

Bu, həm Ermənistanda, həm də Azərbaycanda nəsillərimizin dinc yanaşı yaşamaq hüququ naminə həll edilməli olan bir məsələdir. Bu gün məhz bu hüququ qətiyyətlə təsdiqləməli və həyata keçirməli, ona zidd olan hər hansı bir ritorikanın öhdəsindən gəlməliyik”, – Baş nazir vurğulayıb.(ölkə.az)