Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xaricdə Təhsil Proqramında məzunları lider olan universitetlər – SİYAHI

Cəmiyyət
2026/2027-ci tədris ili üzrə xaricdə təhsilə dair Dövlət Proqramı qaliblərinin məzun olduqları ali təhsil müəssisələri üzrə ilk “10-luq” açıqlanıb.

Cagdas.az  xəbər verir ki bu barədə Dövlət Proqramı İdarəetmə Qrupundan Modern.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, Dövlət Proqramı qalibləri arasında ən çox məzun Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) payına düşür. Belə ki, proqram üzrə qalib olanlardan 51 nəfər UNEC məzunudur.

Siyahıda ADA Universiteti və Bakı Dövlət Universiteti hər biri 45 məzunla ikinci-üçüncü yerlərdə qərarlaşıb.

Bakı Ali Neft Məktəbinin 40 məzunu Dövlət Proqramının qalibi olub.

Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Mühəndislik Universitetinin hər birindən 22 nəfər Dövlət Proqramının qalibləri sırasındadır.

Bundan başqa, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 21, Azərbaycan-Fransız Universitetinin 20, Azərbaycan Dillər Universitetinin 12 məzunu Dövlət Proqramının qalibi olub.

İlk onluğu Milli Aviasiya Akademiyası və Xəzər Universiteti tamamlayır. Hər iki ali təhsil müəssisəsinin 10 məzunu Dövlət Proqramı üzrə xaricdə təhsil almaq hüququ qazanıb.