Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan Əliyevə zəng etməsindən danışdı

Cəmiyyət

“Bu layihənin reallaşmasına 2025-ci il avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş Ermənistan-Azərbaycan Sülh Sammiti də imkan yaradıb”.

Cagdas.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Hrazdanda süni intellekt zavodunun açılışında çıxış edərkən deyib.

“Hamımızı bu hadisə və 8 avqust münasibətilə təbrik edirəm”, – o bildirib.

Paşinyan əlavə edib ki, 2025-ci il avqustun 8-də ABŞ-də Prezident Donald Trampın təşəbbüsü və iştirakı ilə keçirilən Ermənistan-Azərbaycan Sülh Sammiti və onun nəticələri bugünkü hadisənin baş verməsində həlledici əhəmiyyət daşıyır.

Baş nazir bir daha 8 avqustun Ermənistan və Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.

Paşinyan söyləyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışaraq, baş verən hadisənin əhəmiyyətini müzakirə ediblər:

“Yeri gəlmişkən, bu gün Azərbaycan Prezidentinə zəng etdim və bugünkü tədbirin əhəmiyyəti barədə danışdıq. Bu, həqiqətən də dönüş nöqtəsidir”.

Nikol Paşinyan əlavə edib ki, yaxın gələcəkdə Ermənistan hökuməti daha bir böyük layihəyə – “Tramp marşrutu”na fokuslanacaq: “Bu layihə Ermənistanın beynəlxalq investisiya xəritəsindəki mövqeyini daha da gücləndirəcək”./teleqraf