Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Trampla Paşinyan TRIPP layihəsinin icrasını MÜZAKİRƏ ETDİ

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Cagdas.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumata görə, tərəflər Vaşinqton Sülh Sammitinin Ermənistan və Azərbaycan arasında real sülhün yaranmasındakı rolundan danışıblar. Həmçinin danışıq zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasının hazırkı vəziyyəti müzakirə olunub.

İki ölkə liderləri TRIPP-ın tikintisi üzrə işlərə yaxın gələcəkdə başlamaq əzmində olduqlarını təsdiqləyiblər.

Paşinyan 2025-ci il avqustun 8-də Ağ Evdə Vaşinqton Sülh Sammitinin təşkilinə, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi birgə bəyannaməni şahid qismində imzaladığına görə Trampa təşəkkür edib.