Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda iki vəkil HƏBS OLUNDU

Cəmiyyət

Gəncə Şəhər Məhkəməsində iki vəkil barəsində cinayət işi üzrə hökm elan edilib.

Cagdas.az  Gununsesi.info-ya istinadla xəbər verir ki, Tovuz Vəkil Bürosunun vəkilləri – Abdullayev Rəşad Tapdıq oğlu və Əliyev Süleyman Hüseynqulu oğlu barəsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Rəşad Abdullayev 3 il 7 ay müddətinə, Süleyman Əliyev isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Pepperoni pizza

Məlumata görə, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 297-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə bağlı olub.

Bildirilir ki, cinayət işi üzrə iki il müddətində istintaq aparılıb. Daha sonra iş materialları məhkəməyə göndərilib və Gəncə Şəhər Məhkəməsində baxılaraq hökm çıxarılıb.