Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA

Cəmiyyət

Telefon hava tətbiqlərində növbəti günlərdə Bakıda 4 gün yağış yağacağı göstərilir. Sözügedən məsələ həmin tətbiqin nə qədər etibarlı mənbə olub-olmadığı ilə bağlı suallar yaradır.

Bu proqramlar nə dərəcədə etibarlıdır? Bakıda yaxın 10 gündə yağışlar, temperatur düşməsi gözlənilirmi?

Cagdas.az  bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev deyib ki, hava proqnozu nisbi və müəyyən mənada lokal xarakter daşıyan bir yanaşmadır:

“Çünki hətta bir hektarlıq, yaxud beş hektarlıq ərazidə belə mikroiqlim formalaşa bilər və bu, ümumi hava proqnozundan tamamilə fərqli göstəricilər ortaya çıxarar. Ona görə də bütün proqnozlar müəyyən mənada təxmin xarakteri daşıyır. Yalnız hava hadisəsinə iki-üç gün qalmış verilən proqnozların reallaşma ehtimalı 80-90 faizdən yuxarı olur.

Yayın ən isti dövrünü yaşayırıq. Havanın xüsusilə günün isti saatlarında 40-45 dərəcəyə qədər yüksəlməsi normal olduğu kimi, müəyyən günlərdə yağışların, atmosfer çöküntülərinin müşahidə olunması da təbiidir. Dağlıq ərazilərdə dolu, yüksək dağlıq ərazilərdə isə sulu qar kimi yağıntılar müşahidə oluna bilər”.

Ekoloq qeyd edib ki, bütün bunlar atmosfer cəbhələrinin toqquşması, siklonların təsiri və iqlimin normal dəyişkənliyi çərçivəsində qiymətləndirilməlidir:

“Təbii ki, temperatur müəyyən dövrlərdə 5-7, hətta 10 dərəcəyə qədər də enə bilər. Yay aylarında belə hallarda arktik hava kütlələrinin daxil olması temperaturun müvəqqəti olaraq aşağı düşməsinə səbəb ola bilər.

Digər tərəfdən, isti və rütubətli hava şəraitində atmosferdəki nəmin kondensasiya olunaraq yağış şəklində yerə düşməsi də müəyyən dövrlərdə tamamilə normal hadisədir.

Hazırda texnoloji inkişafla əlaqədar meteoroloji məlumatlar avtomatlaşdırılmış qaydada toplanır və emal edilir. Proqnozların hazırlanmasında süni intellekt və müxtəlif avtomatlaşdırılmış sistemlərdən də istifadə olunur.

Yay aylarında yağışlarla əlaqədar temperaturun 5-7, hətta 10 dərəcə aşağı düşməsi mümkündür və bu, adətən, müvəqqəti xarakter daşıyır. Belə hava şəraiti iki-üç gün, bəzən beş gün davam edə bilər.

Lakin mövsümə və Azərbaycanın yerləşdiyi coğrafi bölgənin iqlim xüsusiyyətlərinə uyğun olaraq, yay aylarında 30-40 dərəcə intervalında temperatur normal hesab olunur”.