Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Kartlara mədaxil limitlərinə yenidən baxıla bilər

Cəmiyyət

“Limitlər bu və ya digər formada, müştərilərin risk profillərinə uyğun hər zaman tətbiq edilib və bu təcrübə digər dövlətlərdə də tətbiq edilir”.

Cagdas.az  xəbər verir ki, bunu kartlara mədaxil limitləri ilə bağlı apa-ya müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov deyib.

Onun sözlərinə görə, hazırkı umumi limitlər baza xarakterlidir və banklar öz risk qiymətləndirmələrə uyğun fərqli müştərilərə fərqli yanaşma tətbiq edirlər.

Y.Abdulov bildirib ki, ümumən, məqsəd rəqəmsal ödəniş ekosistemində risk əsaslı yanaşmanın tətbiqi, ekosistemin və onda təmsil olunan subyektlərin dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsidir:

“Bu əsasda qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən və ekosistemin inkişaf tendensiyasına uyğun olaraq limitlərə yenidən baxılması, habelə alternativ tədbirlərin görülməsi istisna edilmir”.

Xatırladaq ki, avqustun 1-dən etibarən Azərbaycanda ödəniş alətləri üzrə mədaxil əməliyyatlarına gündəlik və aylıq limitlərin tətbiqinə başlanılıb.

Yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı həyata keçirilə bilər. Aylıq mədaxil limiti isə 20 min manat müəyyən edilib.

Qeyd olunur ki, məhdudiyyət vəsaitin kartdan çıxarılmasına və kartdan-karta köçürmələrə şamil edilmir.(referans media)