Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yüksək bal topla – AzTU-da xüsusi təqaüd qazan!

Cəmiyyət

Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsil müəssisəsinə yüksək balla qəbul olunan abituriyentlər üçün müxtəlif imkanlar təqdim edir.

Cagdas.az xəbər verir ki, bu cür imkanlardan biri də xüsusi təqaüddür.

Belə ki, 600 və daha yüksək bal toplayan, eləcə də respublika fənn olimpiadalarının qalibi olaraq imtahansız qəbul edilən bütün abituriyentlərə 4 il müddətində aylıq 200 manat məbləğində xüsusi təqaüd veriləcək.

Eyni zamanda, hər fakültə üzrə 500 baldan yüksək nəticə göstərən bir tələbəyə də 4 il müddətində aylıq 100 manat məbləğində xüsusi təqaüd veriləcək.

Qeyd edək ki, sözügedən xüsusi təqaüdlər dövlət tərəfindən verilən təqaüddən əlavə ödəniləcək.(referans media)