Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycan qeyri-neft-qaz ixracını 18 faizdən çox artırıb

Cəmiyyət

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

Cagdas.az  bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Təkcə iyulda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 15,8 % çox – 384,8 milyon ABŞ dolları olub.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 123 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 26 % artaraq 261,8 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkərin ixrac dəyəri 2,6 dəfə, pambıq ipliyin ixrac dəyəri 81,9 %, bitki-heyvan mənşəli piy və yağların ixrac dəyəri 39,5 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 39,4 %, pambıq lifinin ixrac dəyəri 24,9 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 23,3 %, çayın ixrac dəyəri 19,5 %, meyvə-tərəvəzin ixrac dəyəri 16,4 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri isə 3 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 22,1 % artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 24,8 % artaraq 223,1 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 22,8 % artaraq 896,4 milyon ABŞ dolları təşkil edib.(modern.az)