Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

AZAL Naxçıvana gedən sərnişinlərə müraciət etdi

Cəmiyyət

Azərbaycan Hava Yolları (AZAL) avqust və sentyabr ayları ərzində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir.

Cagdas.az bildirir ki AZAL-dan  verilən məlumata görə, bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbə və ailələrin, eləcə də işgüzar səfərlərin sayının artması Naxçıvan istiqamətində sərnişin axınının yüksəlməsinə səbəb olur. Nəticədə bəzi tarixlər üzrə reyslərdə yerlər daha qısa müddətdə dolur. Səyahətin əvvəlcədən planlaşdırılması sərnişinlərə həm uyğun tarix və saat üzrə daha geniş seçim imkanı yaradır, həm də səfərlərini daha rahat təşkil etməyə kömək edir.

Hazırda Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys (gediş-gəliş olmaqla) həyata keçirilir. Həmçinin Azərbaycanın milli aviadaşıyıcısı sərnişin tələbatını davamlı olaraq təhlil edir və əməliyyat imkanları çərçivəsində uçuş proqramını optimallaşdırmaqla yanaşı, zərurət yarandıqda əlavə reyslərin təyin olunması imkanlarını da nəzərdən keçirir.

Qeyd edək ki, Naxçıvan istiqamətində uçuş proqramı sərnişin tələbatı ilə yanaşı, regionun mürəkkəb dağlıq relyefi, hava şəraiti və digər əməliyyat amilləri nəzərə alınmaqla formalaşdırılır. Bu səbəbdən reyslərin planlaşdırılması və icrası uçuşların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edən əməliyyat tələblərinə uyğun olaraq həyata keçirilir.

Aviabiletləri Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış məntəqələri və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.(modern.az)