Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Lisenziyasız işləyən 29 həkim və 12 tibb bacısı CƏZALANDIRILDI

Cəmiyyət

Bu ilin iyul ayı ərzində Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 29 həkim və 12 tibb bacısı barədə müvafiq maddələrə əsasən protokollar tərtib edilib.

Cagdas.az -a bu barədə  Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, ötən ay özəl tibb müəssisələrində ümumilikdə 39 yoxlama aparılıb. Həmin yoxlamalardan 32-si hüquqi şəxsə, 7-si isə fiziki şəxsə məxsus obyektlərdə keçirilib.

Yoxlamalar zamanı müxtəlif sahələr üzrə nöqsanlar aşkarlanıb. Aşkar olunmuş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə müvafiq quruma göndərilib.

Bununla yanaşı, keçən ay aparılmış yoxlamalar nəticəsində 13 stomatoloq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.

Həmçinin aparılmış yoxlamalar zamanı plastik cərrahiyyə ilə bağlı 2 ümumi-cərrah barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib. (“Report”)