• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9638
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Dini obyektlərdəki nəzir qutuları: Toplanan vəsaitlərə kim nəzarət edir?

10 Avqust, 26 / 20:36
A A

Dini obyektlərdə yerləşdirilən nəzir qutularına toplanan vəsaitlərin hansı məqsədlərə xərclənməsi məsələsi uzun müddətdir müzakirə mövzusudur. İanələrin hara yönəldilməsi ilə bağlı ictimaiyyətə mütəmadi məlumat verilməməsi isə bu sahədə şəffaflıq və hesabatlılıqla bağlı suallar doğurur.

Bəs nəzir qutularında toplanan vəsaitlərə kim nəzarət edir və bu pullar əsasən hansı istiqamətlərə xərclənir?

Cagdas.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan qeyd edib ki, nəzir qutuları ilə bağlı şəffaflıq məsələsi uzun müddətdir gündəmdədir.

Din xadimləri dövlətin işinə qarışmamalıdır" - İlahiyyatçı - Təzadlar | www.tezadlar.az

“Nəzir qutuları ilə bağlı müzakirələr və qeyri-şəffaf durum uzun müddətdir ki, gündəmi zəbt edir, fərqli yanaşmalar ortaya qoyulur. Bu vəsaitlərin hara xərclənməsi hələ də müəmmalı olaraq qalır. Bəzən toplanan vəsaitlərin dini obyektlərin təmirinə xərcləndiyi bildirilir. Lakin reallıq odur ki, həmin abidələrin bir qismi dövlət tərəfindən təmir və bərpa olunur”, – deyə ilahiyyatçı bildirib.

T.İrfanın sözlərinə görə, müxtəlif vaxtlarda nəzir və ianələrdən xaricdən təsirlənən dini-ideoloji istiqamətlərin təbliği məqsədilə istifadə edilməsi ilə bağlı da fikirlər səsləndirilib.

“Bu vəsaitlərin hansısa yad dini-ideoloji xəttin ölkədə təbliğinə sərf olunduğu barədə fikirlər var. Hər bir halda, bu sahənin daha aydın şəkildə tənzimlənməsinə ehtiyac var. Toplanan ianələrin xarici təsirdə olan və ya dini məsələlərdə xarici dini mərkəzlərin mövqelərinə istinad edən şəxslər tərəfindən müəyyən istiqamətlərə yönəldilməsi mənfi haldır”, – deyə ilahiyyatçı qeyd edib.

Tural İrfan hesab edir ki, nəzir və digər dini ianələrin toplanması və xərclənməsi ilə bağlı hesabatlılıq təmin edilməli, bu prosesə nəzarət mexanizmləri gücləndirilməlidir.

“Nəzir və digər ianələrin hesabatı şəffaf olmalı, nəzarət isə aidiyyəti dövlət qurumu tərəfindən aparılmalıdır. Bu vəsaitlərin indiyədək xarici dini-ideoloji xəttin və ideologiyanın təbliği istiqamətində istifadə edildiyi barədə fikirlər səsləndirilib. Hazırda qarşıda duran mühüm məsələlərdən biri nəzir qutularına və dini obyektlərə toplanan vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılığın təmin edilməsi və bu sahədə şəffaflığın yaradılmasıdır”, – deyə T.İrfan vurğulayıb.

Beləliklə, nəzir qutularında toplanan vəsaitlərin hansı istiqamətlərə xərcləndiyinin ictimaiyyətə aydın və şəffaf şəkildə təqdim olunması həm dini icmalara olan etimadın artırılması, həm də mümkün sui-istifadə hallarının qarşısının alınması baxımından əhəmiyyətli ola bilər.

Bu baxımdan, dini ianələrin toplanması, uçotu, istifadəsi və hesabatlılığı ilə bağlı daha aydın mexanizmlərin formalaşdırılması məsələsi gündəmdə qalır.

Bənzər Xəbərlər

Cəmiyyət

5 min illik məzardan SƏRVƏT ÇIXDI

Avqust 10, 2026
Cəmiyyət

Azərbaycanda qız köçürmək neçəyə başa gəlir?

Avqust 10, 2026
Cəmiyyət

Bu ərazilərdə qaz olmayacaq

Avqust 10, 2026
Cəmiyyət

Bakıda böyük beynəlxalq forum keçiriləcək

Avqust 10, 2026
Cəmiyyət

Bəzi küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Avqust 10, 2026
Cəmiyyət

Məmurların adından pul istəyirlər – Araşdırma başladı

Avqust 10, 2026

XƏBƏR LENTİ

5 min illik məzardan SƏRVƏT ÇIXDI

10 Avqust, 26 / 23:00

Azərbaycanda qız köçürmək neçəyə başa gəlir?

10 Avqust, 26 / 22:51

Bu ərazilərdə qaz olmayacaq

10 Avqust, 26 / 22:27

Bu BÜRCLƏR diqqətli olsun

10 Avqust, 26 / 22:14

Dünya liderlərinin neçə övladı var? – Siyahı təəccübləndirdi

10 Avqust, 26 / 22:00

Bakıda böyük beynəlxalq forum keçiriləcək

10 Avqust, 26 / 21:46

Bəzi küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

10 Avqust, 26 / 21:34

Məmurların adından pul istəyirlər – Araşdırma başladı

10 Avqust, 26 / 21:19

Bu şəxslərin ezamiyyətə göndərilməsi qadağandır

10 Avqust, 26 / 21:06

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

10 Avqust, 26 / 20:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.