• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.7° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Dünyanın sonu yaxınlaşır… – Xəbərdarlıq

11 Avqust, 26 / 13:18
A A

Son dövrlər dünyada baş verən müharibələr və onların yaratdığı ekoloji fəsadlar fonunda iqlim fəallarının mövqeyi ilə bağlı mövzu gündəmə gəlib. Xüsusilə müharibələrin səbəb olduğu hava və su çirklənməsi, meşələrin məhv olması, neft sızmaları və digər ekoloji fəsadların iqlim gündəliyində nə dərəcədə əks olunması müzakirə edilir.

İqlim dəyişikliyi adı altında bu gün nə baş verir? Müharibələrin yaratdığı ekoloji fəsadlar niyə iqlim gündəliyində əvvəlki qədər geniş müzakirə olunmur və burada siyasi amillərin rolu nə dərəcədədir?

Cagdas.az  Publika.az-a istinadən xəbər verir ki, bu barədə ekoloq Qorxmaz İbrahimli danışıb. O deyib ki, müharibələrin iqlim dəyişikliyinə təsiri heç də birbaşa müharibələrin özündən ibarət deyil:

“Son dövrlərdəki müharibələrin əksəriyyəti lokal xarakter daşıyır. Burada əsas məsələ müharibələri qidalandıran sənaye sahələrinin, xüsusilə silah və hərbi texnika istehsalının ətraf mühitə vurduğu zərərdir. Ekologiyanı çirkləndirən əsas amillərdən biri müharibə sənayesidir. Silahların, tankların, hərbi texnikanın istehsalı, onların istifadəsi, bombardmanlar və partlayışlar atmosferə və ətraf mühitə ciddi ziyan vurur. Nüvə silahlarının təsiri isə daha ağır və uzunmüddətli xarakter daşıyır. Məsələn, Naqasakiyə atom bombasının atılmasından uzun illər keçməsinə baxmayaraq, həmin hadisənin fəsadları bu gün də xatırlanır”.

Ekoloq bildirib ki, iqlim dəyişikliklərinə həm antropogen, həm də təbii amillər təsir göstərir:

“Vulkanlar, zəlzələlər, ildırımlar və onların səbəb olduğu meşə yanğınları da təbiətə ciddi təsir edir. Lakin insan fəaliyyəti ilə bağlı amillər xüsusilə böyük əhəmiyyət daşıyır. Kömür istehsalı və istifadəsi, neft, qaz, dizel və mazut kimi fosil yanacaqların yandırılması atmosferə böyük həcmdə istixana qazlarının buraxılmasına səbəb olur. Ağır sənaye də ətraf mühitin çirklənməsində mühüm rol oynayır. Digər tərəfdən, kənd təsərrüfatında saxlanılan milyardlarla iri və xırdabuynuzlu heyvanın buraxdığı metan qazı da iqlim dəyişikliyinə təsir edən amillərdəndir”.

Q.İbrahimlinin sözlərinə görə, insan sivilizasiyasının inkişafı ilə əlaqədar sənayenin formalaşması və müxtəlif texnologiyaların meydana çıxması da ekoloji proseslərə təsir göstərib:

“Son dövrlərdə isə müharibələr zamanı istifadə olunan tanklar, hərbi texnika, raketlər, bombalar və digər silahlar ətraf mühitə əlavə yük yaradır. Bununla yanaşı, meşə yanğınları, xüsusilə qəsdən törədilən yanğınlar da ekosistemlərə ciddi zərər vurur. Bütün bu amillərin hər biri ayrı-ayrılıqda iqlimə və ekologiyaya təsir göstərir”.

Müsahib təəssüf hissi ilə deyib ki, ekoloqların illərdir səsləndirdiyi həyəcan təbilinə lazımi səviyyədə qulaq asılmır:

“Doğrudur, böyük ekoloji konfranslar keçirilir, müxtəlif tədbirlər həyata keçirilir. Lakin əsas sənaye dövlətlərinin bu məsələdə xüsusi məsuliyyəti var. ABŞ, Rusiya, Çin kimi böyük dövlətlərin atacağı addımlar iqlim dəyişikliklərinin sürətinin azaldılmasında mühüm rol oynaya bilər. Əslində, böyük dövlətlər istəsələr, birgə səylərlə iqlim dəyişikliklərinin mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Bunun üçün ilk növbədə ağır sənayedən və fosil yanacaqlardan asılılığın azaldılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində daha ciddi addımlar atılmalıdır. İqlim dəyişikliklərinin fəsadları isə artıq müxtəlif sahələrdə özünü göstərir. Bu proses insanların sağlamlığına, heyvanların yaşayış areallarının kiçilməsinə, təbiətin dəyişməsinə, meşələrin məhv olmasına və buzlaqların əriməsinə səbəb olur. Bu mənada iqlim dəyişikliyi artıq gələcəyin deyil, bu günün ciddi ekoloji problemlərindən biridir”.

Globalinfo.az xatırladır ki, böyük dövlətlərin və beynəlxalq qurumların təşkilatçılığı ilə hər il iqlim dəyişikliyi adı altında tədbirlər keçirirlər. Bununla da ekologiyanın qayışına qaldıqları görüntüsü yaradılır. Yaşıl enerjiyə keçidlər bağlı təkliflər səsləndirilir. Amma həmin dövlətlər planetin müxtəlif yerlərində müharibələr aparır, təbii sərvətləri, mineral ehtiyatları, yaşıllığı, məhv edən işlər görür. Çaylar, dənizlər, okeanlar toksikləşdirilir, hava çirkləndirilir. Beynəlxalq təşkilatlar da bu faciəvi proseslərə seyrçi qalır. Görüntü xatirinə verilən bəyanatlar isə heç bir təsir gücünə malik olmur.

Bəşəriyyətin üzləşdiyi mənzərə isə deməyə əsas verir ki, dünyanın sonu yaxınlaşır. Planet hər tərəfdən mühasirəyə alınmış vəziyyətə gətirilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir

Avqust 12, 2026
Cəmiyyət

Sosial müavinət alanların nəzərinə

Avqust 12, 2026
Cəmiyyət

Təbrizdə benzin qıtlığı yaranıb – VİDEO

Avqust 12, 2026
Cəmiyyət

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

Avqust 12, 2026
Cəmiyyət

Böyük Qayıdışla bağlı iddialara rəsmi cavab – Komitə açıqlama yaydı

Avqust 12, 2026
Cəmiyyət

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

Avqust 12, 2026

XƏBƏR LENTİ

Mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir

12 Avqust, 26 / 16:56

Sosial müavinət alanların nəzərinə

12 Avqust, 26 / 16:41

Təbrizdə benzin qıtlığı yaranıb – VİDEO

12 Avqust, 26 / 16:27

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

12 Avqust, 26 / 16:13

Böyük Qayıdışla bağlı iddialara rəsmi cavab – Komitə açıqlama yaydı

12 Avqust, 26 / 15:59

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust, 26 / 15:46

İlham Əliyev: Naxçıvanın gələcəyi Azərbaycana iqtisadi dividendlər gətirəcək

12 Avqust, 26 / 15:33

Həmin şəhərlərdə 162 bina əsaslı təmir olunacaq – QƏRAR

12 Avqust, 26 / 15:19

NDU tələbələrinə şad xəbər – 1000 yerlik yataqxana tikiləcək

12 Avqust, 26 / 15:05

Naxçıvanın nəqliyyatı yenilənir – 53 milyon manat ayrıldı

12 Avqust, 26 / 14:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.