Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Abituriyentlər məsləhət mərkəzləri açıldı

Cəmiyyət

Abituriyentlər ixtisas seçimi ilə bağlı ödənişsiz məsləhət almaq üçün bir sıra ali təhsil müəssisələrində və Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər.

DİM-dən Cagdas.az  bildirilib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər. Əllidən çox bölgədə rayon təhsil sektorlarında və bəzi məktəblərdə də abituriyentlərə ixtisas seçimi, elektron ərizənin doldurulması və müsabiqə şərtləri ilə bağlı ödənişsiz kömək göstəriləcək. Mərkəzlərin siyahısı və fəaliyyət tarixləri ilə DİM-in saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 12 -dən 19-dək aparılacaq.(modern.az)