Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda daha bir ali təhsil ocağı bağlanır?

Cəmiyyət

“Abituriyent” jurnalının 4-cü sayında 2026–2027-ci tədris ili üzrə qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adına rast gəlinmir.

Cagdas.az  “Yeni Sabah”a istinadla xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya qəbulla bağlı statistik məlumatlarında da Naxçıvan Müəllimlər İnstitutunun 2026-cı ildə magistratura üzrə qəbul planında yer almadığı göstərilir.

Mövcud məlumatlara əsasən, institut bu tədris ilində həm bakalavriat, həm də magistratura səviyyəsində tələbə qəbulu həyata keçirməyəcək.

Bu vəziyyət isə Naxçıvan Müəllimlər İnstitutunun gələcək fəaliyyəti ilə bağlı suallar yaradır. Xüsusilə bu il qəbulun hər iki səviyyə üzrə aparılmaması “institut bağlanacaqmı?” sualını gündəmə gətirir.

Naxçıvan Müəllimlər İnstitutundan sorğuya cavab verilməyib.