Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda ötən il sosial şəbəkələrdəki fəaliyyətdən 250 min manat vergi yığılıb

Cəmiyyət

2025-ci il ildə Azərbaycanda sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250,5 min manat vergilər hesablanıb.

Cagdas.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ötənilki fəaliyyətinə dair illik hesabatda bildirilir.

Sənədə əsasən, ötən il qeyri-rezidentlərin hesabladığı ƏDV məbləği 15,5 milyon manat təşkil edib. Bununla bağlı 150 tərəfdaş dövlətlə məlumata mübadiləsi aparılıb.

Xarici ölkələrdən Azərbaycanın rezidentlərinin xaricdə açılmış maliyyə hesabları barədə daxil olan məlumatlar ötən illə müqayisədə 17 % artıb.

Sorğu əsasında məlumat mübadiləsi çərçivəsində 40 beynəlxalq sorğu göndərilib, 32-si daxil olub. Beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlar əsasında 239,6 min manat əlavə hesablama həyata keçirilib(referans media)