Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hindistandan Ermənistana qeyri-adi TƏKLİF

Cəmiyyət

Ermənistana Hindistan tərəfindən hərbi gəminin təklif olunduğu barədə məlumat yayılıb.

Cagdas.az  Ermənistan KİV-nə istinadən xəbər verir ki, Hindistanla Ermənistan arasında yeni silah müqaviləsinin müzakirəsi zamanı Hindistan tərəfi gəmilərindən birinin İrəvana verilməsini təklif edib.

Söhbət 1983-cü ildə Hindistan Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil olmuş gəmidən gedir.

Açıq mənbələrdə 1983-cü ildə Hindistan donanmasına daxil olan “Godavari” tipli ilk gəminin ölkənin yerli gəmiqayırma imkanlarının mühüm layihələrindən biri olduğu qeyd edilir.

Bununla belə, Ermənistanın belə bir təklifi qəbul edib-etmədiyi və gəminin real olaraq İrəvana təhvil verilib-verilməyəcəyi barədə rəsmi məlumat yoxdur.

Ermənistanın dənizə çıxışı olmadığı üçün belə bir gəminin hansı məqsədlə istifadə ediləcəyi də sual doğurur.

Hazırda Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı genişlənməkdədir. Tərəflər son illərdə müxtəlif müdafiə təyinatlı məhsullar üzrə müqavilələr imzalayıblar(modern.az)