Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın turizm potensialının yüksək olduğunu, lakin mehmanxana infrastrukturunun inkişaf etdirilməsinə ehtiyac duyulduğunu bildirib.

Cagdas.az  xəbər verir ki, dövlət başçısı bunu Naxçıvana səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibədə deyib.

İlham Əliyev qeyd edib ki, Naxçıvanın zəngin tarixi abidələri, gözəl təbiəti, təmiz havası və mənzərəli məkanları turizmin inkişafı üçün böyük imkanlar yaradır.

“Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir”, – deyə Prezident bildirib.

Dövlət başçısı Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxananın tikintisinə başlanıldığını da açıqlayıb.

“Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq”, – deyə İlham Əliyev qeyd edib.