Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Naxçıvanda işsizliyin həlli üçün yeni plan – İlham Əliyev açıqladı

Cəmiyyət

Prezident İlham Əliyev Naxçıvanda işsizliyin azaldılması və yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlərin görüləcəyini bildirib.

Cagdas.az  xəbər verir ki, dövlət başçısı bunu Naxçıvana səfəri zamanı verdiyi müsahibədə deyib.

İlham Əliyev qeyd edib ki, Naxçıvan Sənaye Parkının yaradılması regionda məşğulluğun artırılmasına mühüm təkan verəcək.

“İşsizliklə bağlı görülən tədbirlər. Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur”, – deyə Prezident bildirib.

Dövlət başçısı Naxçıvanda sosial infrastrukturun da yaradılması və bərpasının nəzərdə tutulduğunu vurğulayıb.

Onun sözlərinə görə, bölgədə uşaq bağçalarının tikintisi və təmirinə ehtiyac var və bu istiqamətdə də işlər görüləcək.

“Sosial infrastrukturun yaradılması, bərpası nəzərdə tutulur. Mənə verilən məlumata görə, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac var, bunu biz edəcəyik”, – deyə İlham Əliyev qeyd edib.