Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Prosesin başladığı rəsmən elan edildi

Cəmiyyət

2026-cı ildə Azərbaycanda vətəndaşların fərdi şəxsi hesablarındakı pensiya kapitalı ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5.6 faiz artırılıb. Yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün tələb olunan minimum pensiya kapitalının həddi isə 46 080 manat səviyyəsində saxlanılıb.

Bu günlərdə müzakirəyə səbəb olan mövzulardan biri vətəndaşların pensiya yaşına çatmazdan əvvəl öz pensiya kapitallarının bir hissəsindən istifadə hüququnu əldə edə bilməsi məsələsidir.

Bu kapital əsasən iki hissədən ibarət olur – əmək pensiyası kapitalı (sığorta hissəsi), əlavə kapital (təqaüdə çıxmaq üçün toplanan digər məbləğlər və ya könüllü ödənişlər).

Cagdas.az  xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan deputat Vüqar Bayramov vətəndaşın pensiya yaşına çatdıqda onun əmək fəaliyyəti dövründə topladığı pensiya kapitalının gələcək pensiya məbləğinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biri olduğunu bildirib:

“Hazırda pensiya kapitalı 144-ə bölünür və əldə olunan məbləğ vətəndaşın pensiyasının müəyyənləşdirilməsi üçün istifadə olunur. Eyni zamanda, minimum pensiya məbləğinə uyğun olaraq minimum pensiya kapitalı da müəyyənləşdirilir”.

Deputat bildirib ki, hazırda minimum pensiya 320 manatdır:

“Bu məbləğin 144-ə vurulması nəticəsində minimum pensiya kapitalı 46 080 manat təşkil edir. 25 il sığorta stajı olan və tələb olunan pensiya kapitalını toplayan vətəndaşlar əmək pensiyası almaq hüququ əldə edirlər. Azərbaycanda aparılan pensiya siyasəti çərçivəsində 2018-ci il iyulun 1-dək pensiya kapitalı toplamış şəxslərin də əmək pensiyası almaq hüququ əldə etməsi ilə bağlı imkan yaradılıb”.

Deputat pensiya kapitalı minimum həddən aşağı olan vətəndaşlarla bağlı fərqli yanaşmanın tətbiq edilməsini təklif edib:

“Bəzi hallarda vətəndaşın topladığı pensiya kapitalı minimum pensiya kapitalından az olur. Biz təklif edirik ki, belə məqamlarda diferensial yanaşma tətbiq edilsin. Minimum pensiya kapitalına yaxın məbləğ toplamış vətəndaşların pensiyası və ya onlara ediləcək ödənişlər müəyyənləşdirilərkən faktiki topladığı pensiya kapitalı da nəzərə alınsın”.

Vüqar Bayramov əlavə edib ki, ümumi qayda pensiya kapitalı əsasında pensiya məbləğinin müəyyənləşdirilməsinə əsaslanır. Minimum pensiya məbləğinin artırılması isə öz növbəsində minimum pensiya kapitalının məbləğinə də birbaşa təsir göstərir.