Peru Azərbaycanla diplomatik münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə Bakıdakı səfirliyinin fəaliyyətini bərpa etmək imkanını nəzərdən keçirir.
Cagdas.az xəbər verir ki, bu barədə Perunun “La Razón” qəzeti yazıb.
Nəşr Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini, enerji və ticarət-iqtisadi potensialını diqqətə çatdırıb.
Məqalədə qeyd olunur ki, Peru ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsi həm diplomatik, həm də iqtisadi baxımdan əhəmiyyətli ola bilər.
Xüsusilə iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə diqqət çəkilib. Nəşr Azərbaycanın Peruda mümkün investisiyaları ilə bağlı son məlumatları da xatırladıb.
Bildirilib ki, Bakıdakı səfirliyin fəaliyyətinin bərpası Peru-Azərbaycan əlaqələrinin yeni mərhələyə keçməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə imkan yarada bilər.(modern.az)
















