Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
DİM-dən Cagdas.az -a verilən məlumata görə, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.
Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT
|
Təhsil forması |
Qəbul planı |
Qəbul olunub |
Qəbulolma faizi |
||
|
|
|
Azərbaycan bölməsi |
Rus |
Bölmələr üzrə cəmi |
|
|
Dövlət ödənişsiz |
2499 |
2355 |
81 |
2436 |
97.48 |
|
Dövlət ödənişli |
3481 |
3124 |
103 |
3227 |
92.70 |
|
Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə) |
230 |
201 |
29 |
230 |
100.00 |
|
Cəmi |
6210 |
5680 |
213 |
5893 |
94.90 |
ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT
|
Təhsil forması |
Qəbul planı |
Qəbul olunub |
Qəbulolma faizi |
||
|
|
|
Azərbaycan bölməsi |
Rus |
Bölmələr üzrə cəmi |
|
|
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar |
5090 |
4951 |
139 |
5090 |
100.00 |
|
Xüsusi qabiliyyət tələb edən ixtisaslar |
1120 |
729 |
74 |
803 |
71.70 |
|
Cəmi |
6210 |
5680 |
213 |
5893 |
94.90 |
Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək
















