Bakıda yeni mikromobillik zolağı yaradıldı

Bakı şəhərinin Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib.

Cagdas.az  xəbər verir ki, bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb.

Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Bakıda yeni mikromobillik zolağı yaradıldı — foto 1Bakıda yeni mikromobillik zolağı yaradıldı — foto 2

Bənzər Xəbərlər

XƏBƏR LENTİ