Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda yük və sərnişin daşınması artıb

Cəmiyyət

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyard 206,6 milyon manat məbləğində və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1 % çox xidmət göstərilib.

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, xidmətlərin 5 milyard 530,7 milyon manatı (60,1 %-i) yük daşınması, 2 milyard 522,9 milyon manatı (27,4 %-i) sərnişin daşınması, 1 milyard 153 milyon manatı (12,5 %-i) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.

Nəqliyyat sektorunda 140,8 milyon ton və yaxud 1 il əvvələ nisbətən 2,8 % çox yük daşınıb. Yüklərin 63 %-i avtomobil, 25,9 %-i boru kəməri, 7,4 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,1 %-i hava nəqliyyatı ilə daşınıb.

Daşınmış sərnişinlərin sayı 1 milyard 290,0 milyon nəfər və yaxud illik müqayisədə 8,6 % çox olub. Sərnişinlərin 89,3 %-i avtomobil nəqliyyatı, 10 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.(metbuat.az)