Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Prokurorluqdan azad edilmiş ərazilərə gedənlərə xəbərdarlıq

Cəmiyyət

Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən mina hadisələri ilə bağlı hər bir fakt üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalar aparılır, hadisələrin bütün halları, o cümlədən partlayışların səbəb və şəraiti müəyyən edilir.

Təəssüf hissi ilə bildiririk ki, işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məlumat verilir.

Cagdas.az xəbər verir ki, Vətən Müharibəsi başa çatdıqdan sonra (10.11.2020-ci il tarixdən etibarən) Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizin minalarla çirkləndirilməsi nəticəsində 436 nəfər zərər çəkib. Onlardan 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Mina təhlükəsinin aradan qaldırılması işğaldan azad edilmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, ərazilərin bərpası və dayanıqlı məskunlaşma baxımından mühüm əhəmiyyət daşıyır.

Vətəndaşları və həmin ərazilərə səfər edən şəxsləri bir daha yalnız müəyyən edilmiş təhlükəsiz marşrutlardan istifadə etməyə, xəbərdarlıq nişanlarına və aidiyyəti dövlət qurumlarının tövsiyələrinə ciddi əməl etməyə çağırırıq.(milli.az)