• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar

14 Avqust, 26 / 19:22
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Dövlət başçısı müsahibəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, müdafiə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və tarixi-mədəni irsin qorunması, eləcə də Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı mühüm məsələlərə toxunub.

Dövlət başçısı bildirib ki, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. O, son illərdə muxtar respublikada bir sıra mühüm layihələrin həyata keçirildiyini və bundan sonra da Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini qeyd edib.

Müdafiə məsələlərinə toxunan Prezident Naxçıvanın təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Əlahiddə Ordunun yaradılması, ən müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu deyən dövlət başçısı Naxçıvanın hərbi potensialının bundan sonra da gücləndiriləcəyini bildirib.

Müsahibədə Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da xüsusi qeyd olunub. Prezident bildirib ki, parkın yaradılması yeni sənaye müəssisələrinin və iş yerlərinin açılmasına mühüm imkan yaradacaq. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur. Bu stansiyanın həm Naxçıvanın dayanıqlı enerji təminatına, həm də gələcəkdə elektrik enerjisinin ixracına xidmət edəcəyi bildirilib. Qeyd edib ki, muxtar respublikada qazlaşma 100 faizdir, Günəş və su elektrik stansiyaları fəaliyyət göstərir. Naxçıvanda Günəş enerjisinin istehsalı üçün 600 hektardan çox ərazi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə yeni stansiyaların yaradılması planlaşdırılır. Prezident yalnız Günəş enerjisi hesabına Naxçıvanda ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavatadək elektrik enerjisi istehsalının mümkün olduğunu bildirib.

Dövlət başçısı Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunmasının da mühüm istiqamət olduğunu qeyd edib. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi abidələrin konservasiyası və qorunması ilə bağlı işlərin davam etdiriləcəyi bildirilib. Prezident Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini vurğulayaraq, milli kimliyin, tarix və mədəniyyətin qorunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Müsahibənin əsas mövzularından biri də Zəngəzur dəhlizi olub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat bağlantısının ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirib. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu, dəmir yolunun tikintisinin isə davam etdiyini qeyd edən dövlət başçısı Naxçıvan ərazisində dəmir yolunun bərpası istiqamətində işlərə başlanıldığını açıqlayıb.

Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan dəmir yolunun uzunluğunun 194 kilometr olacağı və gələcəkdə onun yükdaşıma qabiliyyətinin ildə ən azı 15 milyon tona çatdırılmasının planlaşdırıldığı bildirilib. Prezident Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilə biləcəyini vurğulayıb.

Dövlət başçısı Zəngəzur dəhlizinin yalnız avtomobil və dəmir yolundan ibarət olmayacağını da qeyd edib. Gələcəkdə bu istiqamətdə elektrik xətlərinin, fiber-optik kabellərin və zərurət yaranacağı təqdirdə digər enerji infrastrukturlarının yaradılmasının mümkün olduğu bildirilib. Prezident şəhərlərarası və rayonlararası sərnişindaşmanın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınacağını, həmçinin muxtar respublikada 420 kilometr uzunluğunda yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulduğunu açıqlayıb.

Naxçıvanın turizm potensialından da danışan İlham Əliyev muxtar respublikanın zəngin tarixi abidələrə, gözəl təbiətə və əlverişli iqlimə malik olduğunu bildirib. Turizmin inkişafı üçün müasir mehmanxana infrastrukturunun yaradılmasının vacibliyini qeyd edən Prezident Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulduğunu və onun təxminən 2028-ci ildə istifadəyə veriləcəyini bildirib.

 

Prezident Naxçıvanın kənd təsərrüfatı, suvarma və yol infrastrukturunun inkişafının da diqqətdə saxlanıldığını qeyd edib. Yeni artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və kənd təsərrüfatı üçün istifadə olunan torpaqların genişləndirilməsi nəzərdə tutulur.

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planının hazırlanmasının vacib addım olduğunu bildirib. Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı Naxçıvanda idarəetmə sisteminin də təkmilləşdiriləcəyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin üstünlüklərinin nəzərə alınacağını qeyd edən Prezident Naxçıvan Muxtar Respublikasının muxtar statusunun qorunacağını xüsusi vurğulayıb və Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət tərəfindən bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Sənaye məhsulu istehsalı artıb

Avqust 14, 2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 70
Cəmiyyət

Məhərrəmlik başa çatdı – Toylar başladı

Avqust 14, 2026
Cəmiyyət

Yeni mövsümdə bahalaşma olacaq

Avqust 14, 2026
Cəmiyyət

Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ – hərəkət bərpa olunur

Avqust 14, 2026
Cəmiyyət

Hazır olun – Bakıda və bölgələrdə güclü külək olacaq

Avqust 14, 2026
Cəmiyyət

Biləcəridən Ermənistana 420 ton buğda yükü yola salındı

Avqust 14, 2026

XƏBƏR LENTİ

Sənaye məhsulu istehsalı artıb

14 Avqust, 26 / 21:24
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 70

Məhərrəmlik başa çatdı – Toylar başladı

14 Avqust, 26 / 21:13

Yeni mövsümdə bahalaşma olacaq

14 Avqust, 26 / 21:00

Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ – hərəkət bərpa olunur

14 Avqust, 26 / 20:45

Hazır olun – Bakıda və bölgələrdə güclü külək olacaq

14 Avqust, 26 / 20:32

Biləcəridən Ermənistana 420 ton buğda yükü yola salındı

14 Avqust, 26 / 20:18

SOCAR-ın vitse-prezidenti işdən çıxdı

14 Avqust, 26 / 20:06

BDYPİ-dən piyadalara çağırış – VİDEO

14 Avqust, 26 / 19:53

Hərbi xidmətə çağırılanlarla bağlı mühüm açıqlama – Nazirlik xəbər yaydı

14 Avqust, 26 / 19:37

Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar

14 Avqust, 26 / 19:22
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.