Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu qidalarda daha çox mikroplastiklər aşkarlanıb – ADLAR

Cəmiyyət

Gündəlik istifadə etdiyimiz bir sıra qida və içkilərdə mikroplastiklərin aşkarlanması ilə bağlı araşdırmalar narahatlıq yaradıb. Alimlər mikroplastiklərin hüceyrə və DNT zədələnməsi də daxil olmaqla müxtəlif sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini bildirirlər.

Cagdas.az xəbər verir ki, mütəxəssislərin diqqət çəkdiyi əsas məhsullar aşağıdakılardır:

Dəniz məhsulları – Balıq, midiya və istiridyə kimi məhsullarda mikroplastiklərə rast gəlinir.

Mütəxəssislər istehlakı azaltmağı və qablaşdırılmış balıqlardan mümkün qədər uzaq durmağı tövsiyə edirlər.

Duz – Xüsusilə dəniz duzunda mikroplastiklər aşkarlanıb. Emal olunmuş süfrə duzunun daha təhlükəsiz seçim ola biləcəyi bildirilir.

Körpələr üçün pürelər – Plastik torbalarda satılan və istiliklə emal olunan pürelərdə mikroplastik və bəzi kimyəvi maddələrin qidaya keçməsi ilə bağlı narahatlıqlar var.

Hazır yeməklər – Mikrodalğalı sobada və ya isti suda qısa müddətdə hazırlanan plastik qablaşdırılmış yeməklər də risk qrupunda göstərilir.

Çay paketləri – Plastik tərkibli bəzi çay paketlərinin isti su ilə təmas zamanı çoxlu mikro və nanoplastik hissəcik buraxa bildiyi araşdırmalarda müəyyən edilib. Mütəxəssislər boşyarpaq çaya üstünlük verməyi məsləhət görürlər.

Emal olunmuş ət məhsulları və bal – Müxtəlif araşdırmalarda bu məhsullarda da mikroplastiklər aşkarlanıb.

Mütəxəssislər plastiklə təması azaltmağı, isti qidaları plastik qablarda qızdırmamağı və mümkün qədər təzə, az emal olunmuş məhsullara üstünlük verməyi tövsiyə edirlər.(sfera.az)