İşğaldan azad olunmuş ərazilərdə 99 abidənin pasportlaşdırılması, 70 abidənin isə mühafizə zonasının müəyyənləşdirilməsi işləri tamamlanıb.
Cagdas.az bilidirir ki bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin ərazilərdə dünya, ölkə və yerli əhəmiyyətli abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
“Onu da qeyd edək ki, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi həyata keçiriləcək. Eyni zamanda, arxeoloji tədqiqatların daha geniş şəkildə aparılması nəzərdə tutulur”, – rəsmi məlumatda vurğulanıb.
















