Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dünən işdən çıxarıldı, yeni vəzifəyə getdi

Cəmiyyət

Mustafa Abbasbəyli mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Cagdas.az  xəbər verir ki, o, buna qədər (2024-cü ilin mayından) Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edirdi.

Mustafa Abbasbəyli 2019-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O, Dövlət Məşğulluq Agentliyində (DMA) fəaliyyət göstərdiyi dövrdə qurumda genişmiqyaslı islahatların həyata keçirilməsində mühüm rol oynayıb. Onun rəhbərliyi ilə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşlara göstərilən xidmətlərin operativ təşkili istiqamətində əhəmiyyətli yeniliklər tətbiq edilib. Mustafa Abbasbəylinin rəhbərliyi dövründə qurum ölkənin ən etibarlı və nüfuzlu dövlət təsisatlarından birinə çevrilib. Onun rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar nəticəsində korrupsiya və qeyri-şəffaf mexanizmlər aradan qaldırılıb, xidmətlər tamamilə şəffaf və vətəndaşyönümlü prinsiplər əsasında qurulub.

Rəqəmsal həllər və müasir idarəetmə modeli sayəsində Agentlik dövlət xidmətləri sahəsində uğurlu brendə çevrilib və cəmiyyətin etimadını qazanıb. Bu islahatlar Agentliyin fəaliyyətinin daha səmərəli və vətəndaşyönümlü qurulmasına mühüm töhfə verib.

Mustafa Abbasbəyli həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır./Primeinfo.az/