2026-cı ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 144,0 saat təşkil edib.
Cagdas.az xəbər verir ki, 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 140,9 saat olub.
Beləliklə, cari ilin ilk altı ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artıb./Valyuta.az/
| İqtisadi fəaliyyət növləri | İş saatlarının miqdarı |
|---|---|
| Digər sahələrdə xidmətlərin göstərilməsi | 132,3 |
| Təhsil | 134,2 |
| Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 136,8 |
| Peşə, elmi və texniki fəaliyyət | 140,9 |
| İnformasiya və rabitə | 141,1 |
| Nəqliyyat və anbar təsərrüfatı | 141,8 |
| Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 142,0 |
| İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 142,3 |
| Mədənçıxarma sənayesi | 143,1 |
| Maliyyə və sığorta fəaliyyəti | 143,2 |
| İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 143,7 |
| Emal sənayesi | 144,5 |
| Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 146,6 |
| Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 147,4 |
| Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 147,5 |
| Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 148,6 |
| Tikinti | 151,8 |
| Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 152,8 |
| Ticarət; nəqliyyat vasitələrinin təmiri | 153,1 |
| 18.08.2026 |


