Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi – FOTO 

Cəmiyyət

Dövlət strukturlarında kadr dəyişiklikləri və yerdəyişmələr davam edir və bu dəfə kadr islahatları diqqətçəkən bir təyinatla yadda qalıb.

Çağdaş.Az-a daxil olan özəl məlumata görə, cari ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəhbər təyin olunan Rafael Zakir oğlu Məmmədov tutduğu vəzifədən ayrılaraq fəaliyyətini digər strateji qurumda davam etdirəcək.

Əldə etdiyimiz məlumata əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlinin müvafiq qərarı ilə Rafael Məmmədova qurum sistemində yeni və məsuliyyətli vəzifə həvalə olunub.

Belə ki, o, AAYDA-nın tabeliyində fəaliyyət göstərən Yolların Mühafizəsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəis müavini təyin edilib.