Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Cəmiyyət

Gürcüstanda Azərbaycan dili ana dili kimi ən çox istifadə olunan ikinci dilə çevrilib.

Cagdas.az  xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin 2024-cü il əhali siyahıyaalınmasının nəticələrində qeyd olunub.

Məlumata görə, Gürcüstan əhalisinin 6,8 faizinin ana dili Azərbaycan dilidir. Bu isə təxminən hər 15 nəfərdən birinin Azərbaycan dilini ana dili hesab etməsi deməkdir. Ölkədə 265 min 534 nəfər Azərbaycan dilini ana dili kimi göstərib.

Azərbaycan dili ana dili göstəricisinə görə yalnız gürcü dilindən geri qalır. Gürcü dili əhalinin 85,1 faizinin ana dilidir. Bu dili ana dili kimi göstərənlərin sayı 3 milyon 343 min 987 nəfərdir.

Gürcüstanın rəsmi statistikasında Azərbaycan dilinin mövqeyinin son onillikdə gücləndiyi də görünür. Belə ki, 2014-cü il siyahıyaalınması ilə müqayisədə Azərbaycan dilini ana dili kimi göstərənlərin sayı təxminən 15 faiz artıb. (Modern.az)