Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Kirayə mənzillərin qiyməti 15 faiz bahalaşacaq – Bu tarixlərdə

Cəmiyyət

Kirayə mənzil bazarında artıq canlanma başlayıb. İyul ayından etibarən kirayə mənzillərlə bağlı müraciətlərin sayı artır. Hər il mövsümi olaraq 50 mindən çox tələbə Bakıya gəlir və onların böyük əksəriyyəti paytaxtda yerləşən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alır.

Tələbələrin bir hissəsinin Bakıda mənzili olsa da, əksəriyyəti kirayə bazarına müraciət edir. Bu da bazarda aktivliyi artırır və qiymətlərə təsir göstərir.

Cagdas.az bildirir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc hesab edir ki, kirayə mənzil bazarında aktivlik avqustun sonu və sentyabrın əvvəlində pik həddə çatacaq:

“Həmin dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə kirayə qiymətlərində ərazidən asılı olaraq təxminən 15 faizlik artım mümkündür.

Sentyabrın ikinci yarısından etibarən isə kirayə bazarında aktivliyin azalacağı və qiymətlərin müəyyən qədər stabilləşəcəyi gözlənilir. Bu, qiymətlərin ucuzlaşacağı anlamına gəlmir. Sadəcə, mövsümi tələbin zəifləməsi ilə qiymət artımının tempi aşağı düşə bilər.

Kirayə mənzillərə tələbi yalnız tələbələr formalaşdırmır. Rayonlardan Bakıya köçən şəxslər, daxili miqrasiya nəticəsində paytaxta gələn işçilər, sahibkarlar və xarici vətəndaşlar da bazarda mühüm paya sahibdirlər.

Tələbələrin daha çox Yasamal, Nərimanov, Xətai, Binəqədi, İnşaatçılar, Elmlər Akademiyası, 20 Yanvar, Gənclik, Nəsimi və digər mərkəzə yaxın ərazilərə üstünlük verdiyi müşahidə olunur. Bu ərazilərdə 28 May və Nizami kimi mərkəzi stansiyaların fəaliyyətinin müəyyən müddət məhdudlaşması da sərnişin və kirayə tələbinin digər ərazilərə yönəlməsinə təsir göstərə bilər”./baku.ws/