Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan rəsmən AÇIQLADI: Azərbaycan və Türkiyə ilə bağlı BÖYÜK PLAN

Cəmiyyət

Ermənistan hökuməti ölkənin 2026–2031-ci illər üzrə inkişaf proqramını təqdim edib. Sənəddə Azərbaycan və Türkiyə ilə münasibətlərə dair əsas siyasət istiqamətləri də yer alıb.

Cagdas.az  xəbər verir ki, proqrama əsasən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində işləri davam etdirmək niyyətindədir.

Həmçinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi planlaşdırılır.

Bununla yanaşı, İrəvan iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasları aktivləşdirmək, Ermənistan və Azərbaycan biznesi arasında əlaqələri inkişaf etdirmək və ikitərəfli ticarətin həcmini artırmaq niyyətindədir.

Türkiyəyə gəldikdə isə proqramda diplomatik münasibətlərin qurulması və Ermənistan-Türkiyə sərhədinin açılması nəzərdə tutulur. İrəvan həmçinin ən azı iki müasir keçid məntəqəsini istifadəyə verməyi, nəqliyyat, energetika və rəqəmsal infrastrukturu bərpa edib genişləndirməyi planlaşdırır.

Hökumət Türkiyə ilə ikitərəfli və çoxtərəfli ticarətin inkişafına da xüsusi diqqət yetirmək niyyətindədir.

Sənəddə Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi planlarından da bəhs olunur. Sənəd layihəsinin ictimai müzakirəyə çıxarılması, daha sonra isə referendumun keçirilməsi nəzərdə tutulur.

Proqrama əsasən, yaxın beş ildə İrəvan həmçinin Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.(musavat.com)