Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR

Cəmiyyət

Ermənistan ordusunun qeyri-döyüş şəraitində itkilər verməsi ölkə ictimaiyyətinin narazılığını artırıb.

Cagdas.az  xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, yüksək rütbəli hərbçilər vəziyyətə nəzarət üçün Azərbaycanla sərhəddəki mövqelərə göndəriliblər.

Nəşr müdafiə naziri Suren Papikyanın da məlumatı təsdiqlədiyini iddia edib.

Qəzetin məlumatına görə, yüksək rütbəli hərbçilərin sərhədə göndərilməsinə səbəb orduda qeyri-döyüş şəraitində ölüm hallarının “misli görünməmiş” səviyyəyə çatmasıdır.

“Hraparak” yazır ki, orduda nizamnamədənkənar münasibətlər, mübahisələr və əsgərlərin ölümü ilə nəticələnən insidentlər baş verir. Nəşr bəzi əsgərlərin intihara sürükləndiyini, bəzilərinin isə öldürüldüyünü qeyd edir.

Bu halların baş verməsində nəzarətin zəif olması və komandirlərin fəaliyyətindəki çatışmazlıqlar əsas səbəblərdən biri kimi göstərilir.

Qəzet yüksək vəzifəli hərbçilərin vəziyyətə nəzarət etmək və qayda yaratmaq məqsədilə 1-2 aylıq müddətə sərhədə ezam edildiyini yazıb.

Nəşrin mənbəsi bildirib ki, bu qərar yalnız kişi hərbçilərə aid deyil. Yüksək rütbəli qadın hərbçilərin də sərhəddəki mövqelərə göndərilə biləcəyi iddia olunur.

Xatırladaq ki, Ermənistanda qadınların orduya cəlb olunması könüllü əsaslarla tənzimlənir. Hökumət qərarına əsasən, qadınlar 6 ay müddətinə könüllü hərbi xidmətə qəbul olunurlar.\modern.az\