Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Apteklər şəbəkəsi 20 qəpiyə görə 4 min manat cərimələndi

Cəmiyyət

Buta” apteklər şəbəkəsi cərimələnib. Buna vətəndaş şikayəti səbəb olub.

Cagdas.az bildirir ki, “Xitab24.az”ın məlumatına görə, Biləsuvar rayon sakini İmanzadə Gündüz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi elektron poçt ünvanına şikayət ünvanlayaraq, şəhərin H.Əliyev küçəsində yerləşən “Buta” aptek tərəfindən “Zintox N20” adlı qida əlavəsinin ona qablaşdırmanın üzərində qiymətinin 25 manat 90 qəpik qeyd edilməsinə baxmayaraq, həmin məhsulun 26 manat 10 qəpiyə satıldığını bildirib və satış qəbzinin, habelə dərman əlavəsinin qablaşdırılmasının fotolarını dövlət qurumuna təqdim edib.

Araşdırma nəticəsində fakt təsdiqini tapıb. Nəticədə şirkətin işçisinin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin tərkibinin olması müəyyən edilib və buna görə də sonuncu barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Biləsuvar rayon məhkəməsinin qərarına əsasən, “Buta” apteklər şəbəkəsi 4000 manat cərimələnib.