Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

1999-cu ildən Bakıda dəyişməyən yeganə şey…

Cəmiyyət

“Bu gün, etimadnaməmi Prezident İlham Əliyevə təqdim etməyimdən cəmi üç gün sonra sizinlə burada görüşməkdən böyük məmnunluq duyuram. Bu mühüm hadisə Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlığın və gələcək əməkdaşlıq üçün mövcud imkanların bir daha təsdiqi oldu”.
Cagdas.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu gün həmin imkanlar barədə fikirlərimi sizinlə bölüşmək istərdim. Mən ilk dəfə 1999-cu ildə həyat yoldaşım Kerri ilə birlikdə Azərbaycana gəlmişdim. O zaman Azərbaycan indi gördüyüm ölkədən çox fərqli idi. 2025-ci ilin əvvəllərində mən Azərbaycan dilini öyrənərək Gəncədə bir ailədə qalırdım. Məni evlərinə və həyatlarına qəbul edən bu ailənin səbirli və səxavətli idi. Mənə bu ölkə haqqında hər hansı bir sinif otağında öyrənə bilməyəcəyim qədər çox şey öyrətdi. Bugünkü Azərbaycan təsəvvür etdiyimdən də böyük, dinamik, müasir və dünya ilə bağlantıları olan ölkədir. Lakin bir şey heç dəyişməyib: Azərbaycan xalqının qonaqpərvərliyi. Bu münasibətlər baxımından əlamətdar bir dönəmdə Azərbaycana gəlmişəm. Birləşmiş Krallıq Azərbaycanın mühüm regional tərəfdaşı kimi qiymətləndir və mən bu tərəfdaşlığın inkişafını təmin etməkdə qətiyyətliyəm”, – D.Norman bildirib.\Globalinfo.az\