Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Valideynə verilən cavabla bağlı rəsmi AÇIQLAMA

Cəmiyyət

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron xidmət platforması olan Portal.edu.az üzərindən valideynə göndərilən cavabda 143 nömrəli tam orta məktəbin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olmadığı bildirilib.

Lakin BŞTİ-nin rəsmi məlumatlarında 143 nömrəli tam orta məktəbin qurumun tabeliyində olduğu qeyd edilir.

Cagdas.az-ın xəbərinə görə, BŞTİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, məsələyə qurum tərəfindən baxılması və müvafiq müsahibənin keçirilməsi İdarənin səlahiyyətlərinə aid deyil.

“Sorğuda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, şagirdin hazırda təhsil aldığı Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəb Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərdiyi üçün şagirdin 143 nömrəli tam orta məktəbin rus bölməsinə keçirilməsi ilə bağlı müraciətə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən baxılması və müvafiq müsahibənin keçirilməsi İdarənin səlahiyyətlərinə aid deyil.

Məsələyə baxılması üçün aidiyyəti üzrə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edilməsi tövsiyə olunur “, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, açıqlamada Portal.edu.az üzərindən valideynə göndərilən yanlış cavabla bağlı məsələyə toxunulmayıb.\Globalinfo.az\