Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan ordusu toqquşmalardan sonrakı ən böyük itkilərini verir

Cəmiyyət

“Ermənistan ordusunda əsgərlərin ard-arda ölümü ictimaiyyəti çox qəzəbləndirir. Son olaraq ötən gün yük avtomobilinin əsgərləri vurması, həmçinin öncəki müddətdə gələn intihar xəbərləri, hərbi hissələrdə cəsədlərin aşkarlanması cəmiyyətdə narazılığı artırıb”.

Cagdas.az  xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.

Nəşr yazır ki, belə hadisələr müdafiə naziri Suren Papikyana qarşı istefa çağırışlarını artırır:

“Avqustun 20-də bir sürücünün yük avtomobilini əsgərlərin üzərinə sürməsi, nəticədə ölən və yaralananların olması Papikyanın sonunu gətirə bilər. Nazirə qarşı Müdafiə Nazirliyi və hərbçilər arasında da ciddi narazılıq var. Çünki onun bu mürəkkəb vəziyyəti idarə edə bilmədiyi düşünülür. Ötən gün baş verən hadisədə zərər çəkən hərbçilərdən birinin valideyni nazirliyi məhkəməyə verməyə hazırlaşır”.

Qeyd edək ki, daha əvvəl baş nazir Nikol Paşinyanın da Suren Papikyanın fəaliyyətindən narazı olduğu, onu vəzifəsindən azad etməyi düşündüyünə dair məlumat yayılmışdı.\Globalinfo.az\